Dünya ölkələri haqqında maraqlı faktlar
Dünya ölkələri haqqında maraqlı faktlar
Ən çox insanın həbsxanada saxlanıldığı ölkə
ABŞ. Bu ölkədə dünya əhalisinin 5%-i, məhbusların isə 25%-i yaşayır. Burada həbsxana həyatı yaşayanların sayı 2.2 milyon təşkil edir.
Bu siyahıda ikinci yeri 1.5 milyon nəfərlə Rusiya, üçüncü yeri 870 min nəfərlə Çin tutur.
Ən kök vətəndaşlara malik ölkə
Nauru. Bu kiçik ada-dövlətin əhalisinin 95%-i artıq çəkiyə malikdir. Səbəb? - Elə ciddi bir səbəb yoxdur. Onlar, sadəcə, çox yeyir və az hərəkət edirlər.
Tezliklə su altında qalma ehtimalının ən böyük olduğu ölkə
Maldiv adaları. Maldiv adalarının sakinləri adanın su altında qalması fikri ilə bağlı böyük narahatlıq keçirirlər: qlobal istiləşmə səbəbilə ada hər il tədricən "suya enir".
Ən çox saat qurşağını əhatə edən ölkə
Fransa. Fransanın bütün torpaqlarını saysaq, bu ölkə 12 saat qurşağında yerləşir.
Müqayisə üçün: ABŞ 11, Rusiya isə 9 saat qurşağında yerləşir.
Dünyanın yolları mərcandan olan yeganə ölkəsi
Quam adası. Quamda təbii qum yoxdur. Bu səbəbdən orada asfaltı mərcan və neftdən istifadə etməklə hazırlayırlar.
Dünyada ən çox gölə malik ölkə
Ən quraq ölkə
Hiç yorum yok: