Header Ads

Breaking News
recent

Rəcəb Tayyib Ərdoğan haqqında


Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir


Mükafatları[redaktə | əsas redaktə]



Ədalət və İnkişaf Partiyası[redaktə | əsas redaktə]

İsveçrənin Davos şəhərində keçirilən müzakirələr zamanı
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Ağ Ev Gül bağçasında birgə mətbuat konfransı zamanı.
Qurulan Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir.Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.
Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.
Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.
Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi.Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir. Göz ardı edilməməsi gərəkən şeylərdən biri isə hakimiyyətin pul siyasəti nəticəsində 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2012-ci ildə 48 milyard dollarlıq müsbət saldoya çatmışdır.

Hiç yorum yok:

TÜRKİYE HAQQINDA MARAQLI FAKTLAR VE MƏLUMATLAR

İSTANBUL ŞƏHƏRİ HAQQINDA  Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti ya...

Blogger tarafından desteklenmektedir.