Header Ads

Breaking News
recent

Mustafa Kamal Ataturk haqqında maraqlı faktlar


1.Bu gün Türkiyə Cumhuriyyətinin banisi və ilk cumhurbaşqanı olan Mustafa Kamal Atatürkün ölümündən 76 il ötür. 

2.1881-ci ildə Salonikidə anadan olan, 1923-cü ildə imkansız şəraitdə yoxdan bir bayraq var edən Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida deyib.

3. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
4. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin "Çalıquşu" əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış. 


5.Ən çox sevdiyi heyvanlar: Atlar və itlər"Fox" adını verdiyi iti həmişə yatağının ucunda yatardı. 


6.Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.


7. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.

8. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.


9.Ataturk gun ərzində 8 paçka siqaret çəkirdi

10. Səhər vərdişləri: Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.

11. Qəribəliyi: Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

2 yorum:

  1. Boyuk Turk dunyasinin lideri Mustafa Kemal Ataturk haaqinda oxudum. Maraqli idi. Mumkunse Turklerin bu gunki lideri ve badhqani sayin ERDOGAN baresinde de yazin. Teshekkur.

    YanıtlaSil

TÜRKİYE HAQQINDA MARAQLI FAKTLAR VE MƏLUMATLAR

İSTANBUL ŞƏHƏRİ HAQQINDA  Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti ya...

Blogger tarafından desteklenmektedir.